• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yığmamız dünya çempionatına 9 boksçu ilə gedir

İDMAN

18 Oktyabr 2021 | 21:00 | Müəllif: Subhan Mahmudov

Yığmamız dünya çempionatına 9 boksçu ilə gedir

Oktyabrın 24-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, mindialda Azərbaycan milli komandası da iştirak edəcək.

Məşqçilər korpusu dünya çempionatında 9 boksçuya şans verəcək. Yığmamızın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.

Oktyabrın 21-də səfərə yollanacaq komandamız təlim-məşq toplanışını son günədək davam etdirəcək.

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2,6 milyon dollar mükafatı fondu olacaq mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026