• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

AFFA De Byazi ilə yolları ayırır

İDMAN

16 Noyabr 2021 | 19:00 | Müəllif: Subhan Mahmudov

AFFA De Byazi ilə yolları ayırır

İtaliya mətbuatı AFFA-nın Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayıracağı haqda məlumat yayıb.

Bakıvaxtı.az  xəbər verir ki, "TuttoMercato" nəşri 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsinin yenilənməyəcəyini yazıb. Millinin uğursuz çıxışları səbəbindən AFFA rəhbərliyinin italyan mütəxəssislə vidalaşacağı bildirilib. 

Qeyd edək ki, Canni De Byazinin 2020-ci ilin avqustunda baş məşqçi təyin olunduğu yığmamız bu müddətdə 20 oyunda cəmi 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub. DÇ-2022-nin seçmə mərgələsində isə millimiz cəmi 1 xalla qrup sonuncusu olub.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR