• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda ilin ən yaxşı atletlərinin adı bəlli oldu

İDMAN

15 Dekabr 2021 | 21:43 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda ilin ən yaxşı atletlərinin adı bəlli oldu

Azərbaycan Atletika Federasiyasında (AAF) 2021-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.

AAF-dan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir federasiyamızın prezidenti Çingiz Hüseynzadənin açılış sözləri ilə başlayıb.

Daha sonra cari ildə əldə olunan nailiyyətlər haqqında məlumatlar verilib və müxtəlif mükafatlar təqdim edilib:

İlin ən yaxşı kişi idmançısı Aleksis Kopello seçilib. İlin ən yaxşı qadın idmançısı mükafatı isə Lamiyə Vəliyevaya verilib.

İlin ən yaxşı məşqçisi və hakimi nominasiyaları üzrə isə müvafiq olaraq, Tofiq Əliyev və Emil Şaxtaxtinski qalib olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026