• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağ"a daha bir transfer gözlənilir" - Qurban Qurbanov

İDMAN

14 Yanvar 2022 | 20:43 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"a daha bir transfer gözlənilir" - Qurban Qurbanov

"Qarabağ"ın qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Qol.az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. 

O, bu gün Antalyada "Qaz Metan"a (Rumıniya) qarşı yoxlama görüşündən (0:0) sonra saytımıza bildirib ki, hücum xəttini bir legionerlə gücləndirilmək istəyirlər: 

"Əgər alınsa, bu qış bu transferi gerçəkləşdirmək istəyirik. Əks təqdirdə, həmin xəttə transferi yayda reallaşdıracağıq".

Xatırladaq ki, "Qarabağ" bu qış  Rüstəm Əhmədzadə,  Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026