• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Sabah" - "Neftçi" oyununda QALMAQAL

İDMAN

12 Fevral 2022 | 17:59 | Müəllif: Qalib İbrahimoğlu

"Sabah" - "Neftçi" oyununda QALMAQAL

Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" komandaları arasında keçirilən 1/4 final mərhələsinin cavab matçında qalmaqal baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, 74-cü dəqiqədə "Sabah"ın futbolçusu Aleksey İsayev ona qarşı kobud oynayan Eddi İsrafilovu vurub.

Üstəlik, İsayev zərbədən yerə yıxılan İsrafilovun üzərinə yeriyərək, ona iradlar bildirib. Bundan sonra hər iki komandanın futbolçuları hadisə yerinə gəlib. Hazırda "Sabah"da çıxış edən "Neftçi"nin sabiq qapıçısı Səlahət Ağayev də onların arasında olub. Ağayev qonaq komandanın müdafiəçisi Voislav Stankoviçi itələyib.

Baş hakim Rəvan Həmzəzadə İsayevə və Ağayevə qırmızı vərəqə göstərib (report.az). Referi etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.

"Neftçi"dən isə İsrafilov və baş məşqçi Samir Abasov sarı vərəqə alıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR