Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 86 kiloqram çəki dərəcəsində çıxış edən Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.
Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan sərbəst güləşçilərinin qitə çempionatında qazandığı 4-cü qızıl medal olub /fanat.az/
















