• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Barselona" əsrin rekorduna imza atdı

İDMAN

14 Mart 2022 | 09:16

"Barselona" əsrin rekorduna imza atdı

"Barselona" klubu İspaniya La Liqasında XXI əsrin rekorduna imza atıb.

Bakıvaxtı.az-ın "OptaJose" nəşrinə istinadən məlumatına görə, Kataloniya təmsilçisi buna "Osasuna"nı 4:0 hesabı ilə məğlub etdikləri XXVIII tur oyununda nail olub.

Komandanın 75-ci dəqiqədə sonuncu qolunu Piki Ruç vurub. Beləliklə, "Barselona"da cari mövsüm 22 fərqli oyunçu rəqib qapılarına yol tapıb.

2019/2020 mövsümündə "Real Madrid"in 21 futbolçusu fərqlənməyi bacarıb.

Qeyd edək ki, "Barselona" 27 matçdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider "Real Madrid"dən 12 xal az toplayıb. Kataloniyalılar növbəti turda - martın 20-də "kral klubu"nun qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026