• Bakı 17° C

    3.34 m/s

“Çelsi” dünya çempionudur

İDMAN

12 Fevral 2022 | 23:53 | Müəllif: Qalib İbrahimoğlu

“Çelsi” dünya çempionudur

Klublararası dünya çempionatı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəlib.

İngiltərə “Çelsi”si Braziliya “Palmeyras”ını sınağa çəkib. Matçın taleyi əlavə vaxtda həll olunub.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 55-ci dəqiqədə "Çelsi"nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə bərabərliyi təmin edib. 117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirib və Çempionlar Liqasının finalında olduğu kimi yenə qələbə topunun müəllifi olub. 120+6-cı dəqiqədə Luan qırmızı vərəqə alaraq, "Palmeyras"ı azlıqda qoyub. 

Bu, “Çelsi”nin mundialda ilk qızıl medalı olub.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Misirin “Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026