• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ÇL-in daha iki oyununun hakimləri açıqlandı

İDMAN

14 Mart 2022 | 22:38 | Müəllif: Subhan Mahmudov

ÇL-in daha iki oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının 1/8 finalının son iki cavab oyununa hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az  UEFA-nın saytına istinadən xəbər verir ki, "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) matçı Polşa Futbol Federasiasından Szumon Marçiniaka tapşırılıb. Pavel Sokolniçki, Tomas Liskieviç köməkçi hakimlər,  Pavel Raçkovski dördüncü hakim olacaq.

"Lill" (Fransa) - "Çelsi" (İngiltərə) görüşünü isə İtaliya Futbol Federasiyasından Davide Massa idarə edəcək. Ona Filipp Meli və Stefano Alassio köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Luka Pairetto yerinə yetirəcək.

Qeyd edək ki, martın 16-ı keçiriləcək hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR