• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Avropa çempionu millidəki karyerasını bitirir

İDMAN

13 Aprel 2022 | 21:02 | Müəllif: Subhan Mahmudov

Avropa çempionu millidəki karyerasını bitirir

"Latsio"nun futbolçusu Çiro İmmobile İtaliya millisindəki karyerasını bitirə bilər.

Bakıvaxtı.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu il Qətərdə keçiriləcək dünya çempionatından kənar qaldıqları üçün futbolla vidalaşmaq istəyir.

Yığmanın baş məşqçisi Roberto Mançini isə təcrübəli forvardı fikrindən daşındırmaq üçün onunla görüşmək niyyətindədir. Amma İmmobilenin qərarını dəyişməyəcəyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildən İtaliya millisində çıxış edən Çiro İmmobile yığmanın heyətində 2020-ci il Avropa çempionatının qalibi olub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026