• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan millisi Avropa çempionatı ilə vidalaşdı

İDMAN

14 Mart 2022 | 20:27 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi Avropa çempionatı ilə vidalaşdı

Azərbaycanın qadın futbolçulardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb. 

Bakıvaxtı.az xəbər verir ki, B Liqasında yer alan yığma 3-cü qrupda Şotlandiya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Komanda qrupdakı ilk iki oyunda Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabı ilə uduzub.

Bununla da, Azərbaycan yığması seçmə mərhələni xalsız və qrup sonuncusu olaraq başa vurub. Nəticədə millimiz turnirlə vidalaşıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026