Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovda koronavirus aşkarlanıb.
Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, Nurməhəmmədov Sinqapurda qarışıq döyüş növləri üzrə "One Championship" turnirinin keçirilməli olduğu otel otağında karantinə alınıb.
Bu səbəbdən də o, arenada olmayacaq.
Turnirdə Həbib Nurməhəmmədovun yetirməsi Saigid İzaqaxmayevin iştirak edəcəyi gözlənilir. Onun rəqibi amerikalı Ceyms Nakaşima olacaq.
Nuranə Daxilqızı
















