İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi məlum olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, dekabr ayının ən yaxşısı "Mançester Siti"in çalışdırıcısı Xosep Qvardiola seçilib. Onun komandası ötən ay keçirdiyi 7 matçın hamısında qalib gəlib.
Qeyd edək ki, noyabr ayında da hamını qabaqlayan Qvardiola ümumilikdə Premyer Liqada 11 dəfə ayın ən yaxşısı olub.
















