"Real" futbolçusu Luka Modriçlə müqaviləni uzatmağa yaxındır.
Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin iyununa qədər olacaq.
36 yaşlı futbolçunun hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid klubunda çıxış edir.
















