"Qarabağ" Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsində paylaşım edilib.
21 yaşlı hücumçu "köhlən atlar"ın heyətində 97 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rüstəm Əhmədzadənin son klubu Ukrayna "Minay"ı olub.
















