PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatının 21-ci turunun "Brest"lə oyunu buraxa bilər.
Bakıvaxtı.az "Le Parisien"ə istinadən xəbər verir ki, argentinalı forvard koronavirusdan sonra bərpa olunmağa davam edir. 34 yaşlı oyunçu komandadan ayrı məşq edir və onun nə vaxt ümumi qrupa qayıda biləcəyi hələlik bəlli deyil.
Messi hələ bu il meydançaya çıxmayıb. Koronavirus səbəbindən o, yanvarın 9-da keçirilən "Lion"la görüşü (1:1) buraxıb.
Qeyd edək ki, PSJ - "Brest" matçı yanvarın 15-də keçiriləcək.
















