• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Neftçi" Qəbələdə qələbəni əldən verdi

İDMAN

15 Dekabr 2021 | 19:32 | Müəllif: Subhan Mahmudov

"Neftçi" Qəbələdə qələbəni əldən verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçı Qəbələdə keçirilib.

"Qəbələ" "Neftçi"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərinin qolunu 28-ci dəqiqədə Rafael Utriq, qonaqların qolunu isə 39-cu dəqiqədə Emin Mahmudov vurub. Mahmudov 54-cü dəqiqədə penaltidən yararlana bilməyib. 89-cu dəqiqədə "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Xallarının sayını 26-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Neftçi" 22 xalla "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, günün digər qarşılaşmasında "Sumqayıt" "Keşlə"ni qəbul edəcək. Tura dekabrın 16-da oynanılacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026