"Barselona" sabiq futbolçusu Daniel Alveşin təqdimat mərasimini keçirib.
Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Sonradan onun sözləşməsi daha bir 1 il uzadıla bilər. "Kamp Nou" stadionunda keçirilən tədbirdə 10 minə yaxın azarkeş iştirak edib.
Qeyd edək ki, 38 yaşlı Alveş 2008 - 2016-cı illərdə da "Barselona"da çıxış edib.















