• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şəhid və qazi ailələri idmana cəlb olunacaq

İDMAN

17 Noyabr 2021 | 19:33 | Müəllif: Subhan Mahmudov

Şəhid və qazi ailələri idmana cəlb olunacaq

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyası qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəman varisləri'' adlı layihə həyata keçirəcək.

MOK-dan Bakıvaxtı.az-a verilən məlumata görə, layihənin əsas məqsədi idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına töfhə verməkdir. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Noyabrın 21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.

Layihədə üzgüçü Fatimə Alkərəmova, cüdoçu Rüstəm Orucov, güləşçi Rəsul Çunayev, boksçu Kamran Şahsuvarlı və taekvondoçu Fəridə Əzizova iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR