• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şəfəq Hüseynli ÜADA-ın Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək 

İDMAN

16 Noyabr 2021 | 17:55

Şəfəq Hüseynli ÜADA-ın Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli dünyanın ən mötəbər beynəlxalq idman yarışlarından olan Qış Paralimpiya Oyunlarında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Müşahidəçi Qrupun üzvləri oyunlar zamanı hər gün antidopinq proqramının necə həyata keçirilməsini, o cümlədən test planlaşdırması, bildiriş prosesi və dopinq nəzarəti işçilərinin fəaliyyətini müşahidə etmək üçün müxtəlif yarışlara baş çəkəcəklər. Qrup üzvləri eyni zamanda nümunələrin toplanması, analiz üçün təhvil verilməsi, laboratoriya prosesi, Terapevtik İstifadə üçün İstisnaların tətbiqi və nəticələrin idarə edilməsi prosesini müşahidə edəcək. Qrup öz müşahidələri əsasında  nöqsanları müəyyən edəcək və işin təkmilləşdirilməsi ilə bağlı gündəlik görüşlər keçirəcək. Yekunda Qrup tərəfindən hesabat hazırlanacaqdır. 

Ramid İbrahimov


Şəfəq Hüseynli ÜADA-ın Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik edəcək
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR