“Fiorentina”nın hücumçusu Duşan Vlahoviç böyük ehtimalla mövsümün sonunda “Yuventus”a keçəcək .
Bakıvaxtı.az jurnalist Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, serb oyunçu Turin təmsilçisi ilə razılığa gəlib. Razılığa əsasən, serb futbolçu ilə 5 illik müqavilə imzalanacaq. O, ilinə 6 milyon avro maaş alacaq.
Qeyd edək ki, "Fiorentina"nın bu transfer üçün 80 milyon avro tələb etdiyi bildirilir.















