• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Yeniyetmələrdə hamiləlik riskləri artırır

CƏMİYYƏT

15 May 2024 | 15:19

Yeniyetmələrdə hamiləlik riskləri artırır

“Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, doğuş zamanı da problemlərlə rastlaşmaq ehtimalı var: “Çünki yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı üçün obstruktiv doğuş, yəni doğuş sancıları olsa da, dölün irəliləyişi müşahidə edilmir. Ləng doğuş, qanaxma kimi fəsadlara da bu yaşda daha tez-tez rast gəlinə bilər”.

A.Məmmədova bildirib ki, yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da tez-tez müşahidə olunur:

“Yeniyetmə və erkən yaşlarda hamiləlik zamanı qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya) kimi vəziyyətlərin baş vermə ehtimalı yüksəkdir. O cümlədən, hamiləlik zamanı müşahidə olunan preeklampsiya patalogiyasına da yeniyetmə yaşlarında baş verən hamiləlikdə rast gəlmə ehtimalı var. Preeklampsiya - hamiləliyin II trimestrində qan təzyiqinin qalxması və sidiklə zülalın itirilməsi (proteinuriya) ilə müşayiət olunan vəziyyətdir. Bəzən ana və körpənin sağlamlığı və həyatı üçün təhlükə yarada bilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 May 2024