• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu dondurmalar zərərlidirsə, niyə hələ də satışdadır? - VİDEO

CƏMİYYƏT

14 Iyun 2024 | 13:45

Bu dondurmalar zərərlidirsə, niyə hələ də satışdadır? - VİDEO

İnsan sağlamlığı üçün təhlükəli hesab edilən dondurmalar marketlərdə hələ də satışdadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İTV Xəbər” süjet hazırlayıb.

Belə ki, satıcılar bəzi dondurmaların sağlamlığa zərərli olmaları barədə məlumatsız olduqlarını deyiblər. Onların sözlərinə görə, məsələ ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, ticarət şəbəkələrində satılan dondurmalarla bağlı artıq monitorinq keçirilib: “Həmin məhsulların satış şəbəkələrindən geri çağırılması və bu barədə qərarların verilməsi icra olunur”.

Qeyd edək ki, AQTA daha öncə 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanması ilə bağlı məlumat yaymışdı.

Daha ətraflı sujetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR