• Bakı 25° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Yol kənarında olan dörd piyadanı maşınla vurdu

HADİSƏ

18 Iyun 2026 | 23:46

Yol kənarında olan dörd piyadanı maşınla vurdu

Ağdamda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026