• Bakı 20° C

    7.44 m/s

Yol polisinin “Saxla” əmrinə tabe olan sürücünü BNA cərimələdi - AÇIQLAMA 

CƏMİYYƏT

15 Noyabr 2021 | 17:01

Yol polisinin “Saxla” əmrinə tabe olan sürücünü BNA cərimələdi - AÇIQLAMA

Yol patrul xidməti inspektorunun “Saxla” əmrinə tabe olan sürücünü Bakı Nəqliyyat Agentliyi (BNA) cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, cəriməyə səbəb kimi sürücünün dayanma və durmanı qadağan edən nişanın təsir dairəsində şəxsi nəqliyyat vasitəsini saxlaması göstərilib.

Bakı Nəqliyyat Agentliyi bu qərarla qanunvericiliyin müvafiq maddələrini iki dəfə pozub. Birincisi, məcburi dayanma halında sürücü cərimə oluna bilməz. İkincisi, dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddəsi müəyyən edir ki, sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin ''bort-kompüter'' vasitəsilə bir neçə şəklini çəkib onun barəsində qərar qəbul etməlidir. Daha sonra isə həmin qərarı çap edib protokolu avtomobilin qabaq alın şüşəsinə qoymalıdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözügedən hadisə ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 90 BN 427 dövlət nömrə nişanlı avtomobilin cəriməsi ləğv olunacaq.

Ramid İbrahimov 


Yol polisinin “Saxla” əmrinə tabe olan sürücünü BNA cərimələdi - AÇIQLAMA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026