• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yoxsul ailələrin uşaqları piylənməyə daha çox meyllidir

CƏMİYYƏT

24 May 2024 | 15:04 | Müəllif: Gülşən Şərif

Yoxsul ailələrin uşaqları piylənməyə daha çox meyllidir

Aztəminatlı ailələrdən olan uşaqlar və yeniyetmələr daha çox piylənməyə, şəkərli içkilər içməyə və bitki mənşəli qidaları gündəlik yeməkdən çəkinməyə daha çox meyllidirlər.

Bakıvaxtı.az "Qazeta"ya istinadən bildirir ki, Qlazqo Universitetinin alimləri yoxsul ailələrdən olan uşaq və yeniyetmələrin piylənmə ehtimalının daha çox olduğunu aşkar ediblər.

Alimlər Avropa və Mərkəzi Asiyanın 44 ölkəsində 11, 13, 15 yaşlı 280 minə yaxın oğlan və qızın sağlamlığını, qidalanma vərdişlərini və sosial həyatını təhlil ediblər. 

Məlum olub ki, hər beş yeniyetmədən ikisi hər gün meyvə və ya tərəvəz istehlak edir. Sorğuda iştirak edən yeniyetmə və uşaqların yarısından çoxu gündəlik olaraq heç bir meyvə və ya tərəvəz yemir. İştirakçıların dörddə biri (25%) hər gün şokolad və digər şirniyyatlardan qəbul etdiklərini bildiriblər. 

Tədqiqata görə, maddi vəziyyəti aşağı olan ailələrin uşaqları piylənməyə daha çox meylidirlər. Bu, onların sağlam qidalanmaması ilə bağlıdır. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026