• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Yük avtomobili motosikletlə toqquşdu - ölən var - YENİLƏNİB

HADİSƏ

13 May 2025 | 11:53

Yük avtomobili motosikletlə toqquşdu - ölən var - YENİLƏNİB

Oğuzda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, mayın 13-də saat 10 radələrində Oğuz rayonu ərazisində 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

11:07

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü, Oğuz şəhər sakini Vidadi Söhbət oğlu Qarayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR