Yunanıstan tikinti sektorunda təcrübədən istifadə edərək Ukraynanın yenidən qurulması və bərpasında iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O, Ukrayna iqtisadiyyatının bərpasına kömək edəcəyini də vəd edib. Baş nazir digər məsələlərlə yanaşı, tarixi mərkəzi Yunanıstanın dəstəyi ilə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Odessanın bərpasında köməklik göstəriləcəyini də qeyd edib.
















