Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı son hadisələri müzakirə ediblər.
Rusiya prezidenti münaqişənin kəskin mərhələsinin aradan qaldırılmasına nail oldunduğunu məmnunluqla qeyd edib.
Putin Rusiya sülhməramlılarının fəal iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması və sentyabrın 21-də Bakı və Xankəndi nümayəndələri arasında danışıqların aparılması haqqında əldə olunan razılaşmanı alqışlayıb. Danışıqların Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə baş tutacağını bildirib.
21:13
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar.
















