• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Yunanıstanı "Elias" qasırğası vurub

CƏMİYYƏT

26 Sentyabr 2023 | 17:44

Yunanıstanı Elias qasırğası vurub

Yunanıstanı "Elias" qasırğası vurub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, fırtına ilə əlaqədar ölkənin qərb və mərkəzi bölgələrində tufan və dolu olub.

Ksilokastro şəhərindəki məktəblərdə təhsil dayandırılıb. Epirus bölgəsində və Trikalada yağan dolu nəqliyyatın hərəkətini dayandırıb. Qoz böyüklüyündə dolu yağışı nəqliyyat vasitələrində maddi ziyana səbəb olub.

Meteorologiya rəsmilərinin verdiyi məlumata görə, dolu ilə müşayiət olunan güclü yağışların Peloponnes yarımadası, Thessaly və Epirus bölgələrində davam edəcəyi gözlənilir. Sabah ölkənin mərkəzi, şərq və cənub rayonlarında tufan intensivliyini artıracağı bildirilib.

Yunanıstanın İqlim Böhranı Dəyişikliyi və Mülki Müdafiə naziri Vassilis Kikilias mətbuat konfransında bütün fövqəladə hallar bölmələrinin fırtınadan əvvəl yüksək hazırlıq vəziyyətində olduğunu, yanğınsöndürmə briqadası, Xüsusi Fəlakətlərə Müdaxilə Dəstəsi, ordu və polisin həyəcan vəziyyətində olduğunu bildirib. Kikilias qeyd edib ki, 1600 polis əməkdaşı, 2 hərbi hissə, 70 fəlakətə qarşı mübarizə heyəti və 110-dan çox tikinti maşını hazırdır.

Ay Tac


SON XƏBƏRLƏR

21 Oktyabr 2024