• Bakı 26° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

İştah kəsən və tox tutan qidalar

CƏMİYYƏT

26 Oktyabr 2023 | 17:28

İştah kəsən və tox tutan qidalar

Arıqlamaq bir çox insanın arzusudur. Ancaq arıqlamaq üçün tək pəhriz saxlamaq kifayət deyil. Düzgün qidalanmaq, müntəzəm idman etmək və sağlam həyat tərzi sürmək vacibdir.

Bakıvaxı.az xarici mediaya istinadən arıqlamaq üçün uzun müddət tox tutan qidaları təqdim edir.

İnsanı uzun müddət tox tutan qidalar liflə zəngindir. Lif həzm sisteminin düzgün işləməsinə kömək edir və toxluq hissini artırır. Həmin qidalar proteinlə də zəngin olur. Protein maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Tox tutan qidaların tərkibində olan su toxluq hissini artırır və arıqlamağa kömək edir.

İştah kəsən qidalar necə istehlak edilməlidir?

Yemək fasilələrində sizi tox saxlayan qidalardan istifadə edə bilərsiniz. Yeməklərinizdə zülal və liflə zəngin qidalarla birlikdə iştahı yatıran və doyuzduran qidaları qəbul etmək daha təsirli olacaq. Məsələn, salatınızı qızardılmış toyuq və ya balıqla yeyə bilərsiniz.

Yeməkdən sonra meyvə, qatıq, qoz-fındıq və ya toxum kimi qidaları atıştıra bilərsiniz.

İştah kəsən qidalar hansılardır?

Fındıq

Fındıq lif və zülalla zəngindir və toxluq hissini artırır. Arıqlama dövrlərində ən uyğun qəlyanaltılar arasındadır.

Su

Su toxluq hissini artırır. Buna görə də, pəhriz zamanı bol su içmək arıqlamağa kömək edir.

Yumurta

Yumurta zülalla zəngin qida olmaqla yanaşı, həm də toxluq hissini artırır. Pəhriz dövründə ən çox seçilən qidalar arasındadır.

Qatıq

Qatıq zülal və kalsiumla zəngin qidadır.

Paxlalılar

Arıqlamaq üçün hazırlanan pəhriz siyahılarında paxlalılar həmişə yer alır. Çünki paxlalılar az yağ ehtiva etsə də, yüksək protein ehtiva edir və lifli quruluşu sayəsində uzun müddət tox saxlayır.

İştahı kəsən meyvələr alma, armud, banan, portağal və qreypfrutdur.

Tərəvəzlər

Xüsusilə ispanaq, arugula, cəfəri kimi yaşıl yarpaqlı, kələm və brokoli kimi kükürdlü tərəvəzlər yüksək lif və su ehtiva edir.

Ay Tac


SON XƏBƏRLƏR

27 Iyun 2025