• Bakı 18° C

    12.14 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Zahid Oruc:”134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür”

İQTİSADİYYAT

19 Aprel 2024 | 12:51

Zahid Oruc:”134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür”

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk.Çünki obtyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, sadədir, başa düşüləndir, mürəkkəb maliyyə terminlərindən ibarət deyil, infoqrafikaların-data bazaların beynəlxalq standart və tələblərə uyğunluğu da ayrıca vurğulanmalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 19 aprel 2024-cü il tarixli iclasında deputat Zahid Oruc deyib.

“Palatanın tədbirləri media məkanına açıqdır və büdcənin üzərində daim korrupsiya ittihamlarını yaıdrabn xarici dairələrə ən mötəbər ali audit sənədidir.
Bildiyiniz kimi, Hesablama Palatasının yaradılmasının başlıca prinsipi-Parlamentin büdcənin xərclənməsi üzərində nəzarətinin həyata keçirilməsi vəzifəsi son illər fəaliyyət dairəsi genişlənən və daha güclü maliyyə hesabatlılığını təmin edən quruma çevrilməsi mühüm nəticədir. Heç şübhəsiz, biz fərqindəyik ki, büdcə vəsaitələrinin şəffaf və təyinatlı, ünvanlı xərclənməsinin daha da təkmilləşdirilməsi ilə yanaşı, hələ də təəəssüf ki, məsələn, qalib ordu üzərində Müdafiə nazirliyində baş verən, o cümlədən, digər qurumlarda  yol verilən pozuntulara qarşı Palata tərəfindən görülən tədbirlər həm də Milli Məclisinin siyasi çəkisini, xalq qarşısında mövqeyini gücləndirir və dövlətimizin möhkəmlənməsinə xdimət edir.   Göründüyü kimi, ötən il Hesablama Palatası 562.5 milyon manatlıq maliyyə pozuntusu aşkar edilib.  Bunun 103.2 milyon manatı dövlət büdcəsinə vurulmuş zərərdir. Maliyyə pozuntuları arasında satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha gerçəkləşdirilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması göstərilir. Yoxlamaların nəticəsində bəzi dövlət qurumları ilə bağlı materiallar hüquq- mühafizə orqanlarına göndərilib. Lakin  Palatanın fəaliyyətinin 36 milyardlıq büdcənin  40 faizini əhatə etməklə səmərililik, uyğunluq və maliyyə auditinin həyata keçirilib. Qarşıya qoyulan 22 vəzifədən-büdcəyə peşəkar rəyin verilməsindən hüquqpozmalara qarşı tədbirlərə hamısı yerinə yetirilib”.

Deputat bildirib ki, büdcədənkənar fondlarla bağlı qərarı alqışlayırıq. 46 audit tədbiri nəzərdə tutulur: “Xatırladaq ki, hər bir nazirliyin, yaxud komitənin nəzdində belə fondlar yaradılıb. Əksəriyyətinin gəlirləri 25 failzik cərimələrdən formalaşır. Lakin şəffaflıq və hesabatlılıq üçün vahid büdcə siyasətinin həyata keçirilməsi o qədər də asan deyil. Dövlət orqanlarının sərəncamında saxlanılaraq bəzən hesabatsız xərclənməsi maliyyə nəzarəti orqanlarının diqqətini tələb edir. Ümidvarıq ki, Palatanın  audit tədbirlərindən sonra cərimə və sanksiyaların əsassız tətbiqinin də qarşısının alınacaq. Qarabaa Böyük Qayıdış proqramına yönələn 12 milyardlıq vəsaitin şəffaf xərclənməsi ətrafında sosial mediada çoxlu spekulyasiyalar var. Lakin hamı nəzərə almalıdır ki, son 4 ildə dövlətin həmin bölgələrdə həyata keçirdiyi tədbirlər-məsələn, Zod yatağı ətrafında infransrukturdan yeni qazandığımız sərhədlərə qədər müvafiq hərbi-silahlı qüvvələrin yerləşdirilməsi və nəhayət, Laçında buraxalış məntəqəsi də daxil, əgər “Dövlət satılanalmaları” haqda qanunun tələbləri gözlənilsəydi, onda Qarabağı hazırki bütövlüyümüz təmin olunmazdı, çünki orada görülən quruculuq və inşaat işləri zaman gözləmir, digər tərfdən onlar da  hərbi-təhlükəsizlik məqsədlərimizə xidmət edir. Yəni, bir mənbədən satınalma üzrə vəsaitlərin Qarabada xüsusi olaraq, əvvəlki illərdə xərclənməsi əsla onların maliyyə auditindən, uyğunluq, yaxud səmərəlilik üzrə yoxlamalardan kənarda qalması demək deyil. Artıq bütün azad torpaqlarda görülən işlər dövlət satınalmaları üzrə yeni qanuna uyğun aparılır, digər tərəfdən bizdə olan məlumata görə Palata Qarabada bir sıra investisiya layihələri ilə geniş audit tədbirini həyata keçirir. Ümidvarıq ki, hər bir iş adamı azad torpaqları müqəddəs məkan kimi qəbul edib yüksək biznes əxlaqı nümayiş etdirəcəklər”.

“Cəmi 134 əməkdaşdan ibarət olan Hesabalama Palatasının 36 milyardlıq büdcəni əhatət etməsi qeyri mümkündür. Bəli, Gürcüstanda müvafiq qurumda 342, Erməmnistanda 204, Rusiyada 1007 nəfər əməkdaş çalışır. Üstəlik nəzərə almalıyıq ki, sözügedən ölkələrin büdcə rəqəmi bizizmlə müqayisədə daha aşaıdır.Ona görə Palatanın ştat kontingentinin artırılmasını təklif edirik”, - deyə Z.Oruc qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

01 May 2024