• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Azərbaycanda vergi forumu keçiriləcək

İQTİSADİYYAT

17 May 2024 | 19:06

Azərbaycanda vergi forumu keçiriləcək

Sentyabr ayında Azərbaycanda vergi forumu keçiriləcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə bu gün Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Dünya Bankının ekspertləri ilə, eləcə də Asiya İnkişaf Bankının (AİB) köməkliyi ilə bu görüşü keçirəcəyik və tezliklə dəvətnamələr göndərəcəyik. Karbon qiymətlərinin formalaşması üçün müxtəlif vasitələrlə əlaqədar meydana çıxan bütün məsələləri müzakirə etmək, qabaqcıl təcrübələri araşdırmaq və ola bilsin ki, müəyyən ümumi metodlara nail olmaq niyyətindəyik", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir./trend

 


SON XƏBƏRLƏR

15 Iyun 2024