• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyənin qaz hasilatı artdı

İQTİSADİYYAT

16 Iyun 2024 | 16:50 | Müəllif: Subhan Mahmudov

Türkiyənin qaz hasilatı artdı

Türkiyədə təbii qaz hasilatının həcmi 2023-cü ilin yekunlarına görə 807,3 milyon kubmetrə çatıb ki, bu da ötən ilin göstəricisindən 113 faiz çoxdur (379,8 milyon kubmetr).

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarının tənzimlənməsi İdarəsinin (EPDK) məlumat verib.

Bildirilib ki, hasilatın artması Türkiyənin Qara dəniz sektorundakı Sakarya yatağının aktiv işlənməsi ilə əlaqədardır, oradan hasil edilən mavi yanacaq 2023-cü ilin sentyabrından ölkənin qaz paylama sisteminə daxil olur.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bir müddət əvvəl bildirmişdi ki, bu ilin may ayına qədər Qara dənizdə qaz hasilatı sutkada 5 milyon kubmetr səviyyəsinə çatacaq.

Ümumiyyətlə, bu gün Türkiyənin on əyalətində qaz hasilatı aparılır. Birinci yerdə qazın Qara dənizdən ötürüldüyü Zonquldakdır, sonuncu yerdə isə gündə 4 min kubmetrlik hasilat həcmi olan Hatay gəlir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR