• Bakı 15° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Zakir Həsənov Özbəkistana gedib, "Birlik-2025" təlimini müşahidə edəcək

SİYASƏT

20 Oktyabr 2025 | 19:00

Zakir Həsənov Özbəkistana gedib, Birlik-2025 təlimini müşahidə edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 20-də Özbəkistana səfərə gedib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə baş tutub və Zakir Həsənov "Birlik-2025" təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Səmərqəndə səfər edib.

Qeyd olunub ki, nazir Səmərqənd şəhərində özbəkistanlı həmkarı ilə görüşüb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR