• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Zakir Həsənovun ABŞ müdafiə katibinin müavini ilə telefon danışığı oldu

SİYASƏT

26 Sentyabr 2023 | 21:21

Zakir Həsənovun ABŞ müdafiə katibinin müavini ilə telefon danışığı oldu

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.


SON XƏBƏRLƏR

08 May 2025