2858-ci ildən olduğunu iddia edən şəxs sosial şəbəkədəki paylaşımlarında 2023-cü ildə baş verəcək şok hadisələrdən danışıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, insanların “Belə bir şey varmı” sualları ilə gündəmə gələn və çoxlu dəlilləri olduğunu iddia edən zaman səyahətçiləri sosial mediada bir-bir görünməyə davam edir.
TikTok sosial media platformasında paylaşım edən şəxs zaman səyahətçisi olduğunu iddia edərək, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) aparılan araşdırmanın dəhşətli nəticələr verəcəyini irəli sürüb.
Onun sözlərinə görə, 2023-cü ilin yanvar ayında CERN Mandela effekti və yadplanetlilərlə ünsiyyət kimi qəribə hadisələrə səbəb olacaq növbəti təcrübələri davam etdirəcək. 2023-cü ilin martında Ukrayna ilə Rusiya arasında müharibə bitəcək, lakin qarşı dənizdə yeni müharibə başlayacaq.
Bəzi istifadəçilər zaman səyahətçisi adlandırılan şəxsin iddialarını “şişirtmə” kimi şərh edib, bəziləri “sizə inanıram, amma media bu məlumatların bir hissəsinin çıxmasına icazə verməyəcək” deyib.
Digər tərəfdən, 2671-ci ildən gəldiyini iddia edən başqa bir zaman səyyahı, 2023-cü ilin iyun ayında göydən müəmmalı şəkildə "insanların düşəcəyini" iddia edbi. TikTok-da başqa bir “zaman səyahətçisi” isə 18 iyun 2023-cü ildə 7 nəfərin müəmmalı şəkildə göydən düşəcəyini proqnozlaşdırın.
2983-cü ildən olduğunu iddia edən başqa bir TikTok istifadəçisi dedikləri ilə hər kəsi təəccübləndirib. Gələcəkdən 3 mühüm tarixi paylaşan zaman səyyahının videosu 17 min dəfədən çox izlənilib.
30 Yanvar: İnsanlar üç qeyri-sabit alternativ kainat kəşf edəcəklər.
14 fevral: Meksikada 4 orta məktəb şagirdi Günəşdən əvvəllər görülməmiş naməlum istedadlar alacaq.
10 fevral: UFO 51-ci sahənin yaxınlığında yerə enəcək və özü ilə yeni bir yadplanetli növü gətirəcək.
TikTok-da @darknesstimetravel adı ilə paylaşım edən başqa bir zaman səyahətçisi gələcək hadisələrdən danışdığını iddia edərək minlərlə izləyici qazanıb. Onların arasında yadplanetlilərdən soxulcan dəliklərinə qədər çoxlu maraqlı iddialar var. Bütün bunlarla yanaşı, özünü zaman səyahətçisi adlandıran bu şəxsin Mars planeti ilə bağlı son paylaşımı da böyük marağa səbəb olub.
Ay Tac















