• Bakı 27° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Zaxarova Azərbaycanla münasibətlərdən danışıb

SİYASƏT

24 Iyul 2025 | 14:50

Zaxarova Azərbaycanla münasibətlərdən danışıb

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Zaxarova deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər.

O, münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.

XİN rəsmisi Azərbaycan səfirinin XİN-ə çağırıldığını və ona etiraz notasının təqdim olunduğunu xatırladıb.

“Dərhal jurnalistlərimizin sərbəst buraxılmasını xahiş etmişik”, - o əlavə edib.

Zaxarova onu da qeyd edib ki, hazırda Moskva ilə Bakı arasında münasibətlər öz çətin dövrünü yaşayır.


SON XƏBƏRLƏR

25 Iyul 2025