• Bakı 21° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Çindən Zelenskiyə: “Biz ədalətli mövqedəyik”

SİYASƏT

22 Avqust 2025 | 22:09

Çindən Zelenskiyə: “Biz ədalətli mövqedəyik”

Ukrayna böhranının həllində bütün tərəflər iştirak etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq bildirib.

“Çin hər zaman obyektiv, ədalətli mövqe nümayiş etdirib və Ukrayna böhranı ilə bağlı dürüst yanaşmasını qoruyub. Bu, hər kəsə aydındır. Ümumi, hərtərəfli, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizliyə nail olmaq, həmçinin Ukrayna böhranının siyasi həllini təşviq etmək olduqca vacibdir. Çin bu istiqamətdə konstruktiv rol oynamağa hazırdır”, – o deyib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Çin hökumətini Ukraynaya birbaşa yardım göstərmədiyi üçün təhlükəsizlik qarantı roluna uyğun hesab etmədiyini bəyan edib.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025