• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Parad bu saatda başlayacaq

SİYASƏT

07 Noyabr 2025 | 14:32

Parad bu saatda başlayacaq

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakıda keçiriləcək hərbi paradın başlama vaxtı məlum olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, parad saat 13:00-da start götürəcək.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə keçiriləcək tədbirdə ölkənin müxtəlif qoşun növləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Hərbi Hava və Dəniz Qüvvələri iştirak edəcək.

Paradda həmçinin müasir hərbi texnika, silah sistemləri və aviasiya vasitələrinin nümayişi də nəzərdə tutulur.

Əli Hüseynov


SON XƏBƏRLƏR