Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Kiyevə yardım göstərilməsi məsələsini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsində yazıb.
"Biz müdafiə dəstəyini, xüsusilə hava hücumundan müdafiə vasitələrini, hərbçilərimizin hazırlığını və Ramşteyn görüşlərinin nəticələrini müzakirə etdik. Müdafiə sahəsində birgə istehsalı genişləndirməyə hazırıq. Fransa şirkətləri Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına başlamaq qərarına gəlib", - o qeyd edib.
Prezident bildirib ki, onlar, həmçinin Rusiyaya qarşı Aİ sanksiyalarını və Ukraynanın ittifaqa üzvlüyü ilə bağlı danışıqları müzakirə ediblər.