• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski helikopter qəzasından DANIŞDI: "Müharibənin nəticəsi"

DÜNYA

19 Yanvar 2023 | 15:44

Zelenski helikopter qəzasından DANIŞDI: "Müharibənin nəticəsi"

Prezident Vladimir Zelenski ötən gün paytaxt Kiyevdə Ukraynanın daxili işlər naziri və müavininin həlak olduğu helikopter qəzasından sonra Davos Sammitində çıxış edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 53-cü Dünya İqtisadi Forumuna (WEF) videokonfrans vasitəsilə qoşulan Zelenski qəzanın "müharibənin nəticəsi" olduğunu deyib.

Ukrayna prezidenti bildirib ki, müharibə zamanı qəza deyilən bir şey yoxdur.

Helikopterin qəzaya uğramasının bütün əlamətləri onun qəza olduğunu göstərir. Lakin Ukraynanın təhlükəsizlik xidməti təxribat ehtimalını, eləcə də texniki nasazlıq və ya uçuşun pozulması kimi mümkün səbəbləri araşdırır.

Sakinlərdən biri BBC-yə bildirib ki, hava çox dumanlıdır və elektrik yoxdur, nəticədə binalar qaranlıqda qalıb.

Bildirilib ki, vertolyot əvvəlcə yaşayış binasına, sonra isə uşaq bağçasına düşüb.

42 yaşlı daxili işlər naziri Monatirski Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləsindən sonra başlayan müharibədə Rusiyanın hücumları nəticəsində dəymiş itkilərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026