Bu gün Əfqanıstanda 5,5 maqnitudalı zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodika Ekspedisiyası məlumat yayıb.
Yerli vaxtla saat 13:39 radələrində baş verən zəlzələnin ocağı Astanadan 867 km cənub-qərbdə Əfqanıstan ərazisində, 180 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
















