• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Si Cinpin Rusiyadadır

DÜNYA

20 Mart 2023 | 13:29

Si Cinpin Rusiyadadır

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Martın 21-də S.Cinpin və V.Putin arasında görüş olacaq. Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri martın 22-də başa çatacaq.


SON XƏBƏRLƏR