• Bakı 25° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiya səfiri Moldova XİN-ə çağırılacaq

DÜNYA

19 Aprel 2023 | 13:24 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya səfiri Moldova XİN-ə çağırılacaq

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN mətbuat katibi Daniel Voda brifinqdə bildirib.

    Qeyd olunub ki, Rusiya səfiri Tatarıstan rəhbəri Rüstəm Minnixanovla bağlı vəziyyətə görə çağırılacaq.

    Tatarıstan rəhbəri bir müddət əvvəl Moldovanın Komrat şəhərində keçiriləcək Xalqlar Dostluğu Qurultayında iştirak edə bilməyəcəyini bildirmişdi. Belə ki, Moldova XİN onu “arzuolunmaz şəxs” elan edib.

    Rusiya Xarici İşlər Nazirliyi isə öz növbəsində məsələyə münasibət bildirərək qeyd edib ki, Rusiya Moldovanın Tatarıstan rəhbəri Rüstəm Minnixanovun ölkədə "arzuolunmaz şəxs" elan edilməsi qərarını Kişinyovun Moskvaya qarşı növbəti qeyri-dost addımı kimi qiymətləndirir./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Sentyabr 2026