Rusiya ordusu mayın 19-na keçən gecə Kiyevə yenidən havadan hücum edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib. Məlumata görə, Rusiya İranın "Şahed" kamikadze pilotsuz təyyarələri ilə hücum edib.
Rusiyanın hücumlar arasında qısa fasilələrlə “bir neçə dalğa” taktikasından istifadə etdiyi bildirilir.
Kiyev Şəhər Hərbi İdarəsindən verilən məlumata görə, aşkar edilmiş bütün hava hədəfləri Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Murad Məmmədli
















