• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Uşaq bağçasında kütləvi zəhərlənmə 

DÜNYA

19 May 2023 | 12:36

Uşaq bağçasında kütləvi zəhərlənmə

Ermənistanın Artaşat şəhərindəki uşaq bağçalarından birində kütləvi zəhərlənmə olub.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, 16 uşaq zəhərlənib.

Onlar şəhər tibbi məntəqəsinə yerləşdiriliblər.

Zəhərlənmə əlamətləri uşaqlar evə qayıtdıqdan sonra özünü biruzə verib.

Şəhər xəstəxanasının direktor müavini Qriqor Şadyanın sözlərinə görə, zəhərlənənlərdən 3-ün vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağırdır. O bildirib ki, əsas simptomlar ishal, qusma, qızdırma, halsızlıqdır.

Faktla bağlı Ararat Regional İstintaq İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026