• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazaxıstan parlamentinə altı partiya daxil olur - “Exit-poll”

DÜNYA

19 Mart 2023 | 22:59 | Müəllif: Subhan Mahmudov

Qazaxıstan parlamentinə altı partiya daxil olur - “Exit-poll”

Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayır, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə gedir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avrasiya İnteqrasiya İnstitutunun keçirdiyi “Exit-poll”un məlumatları sübut edir.

Qeyd olunub ki, Qazaxıstan “Xalq” Partiyası 6,25%, “Ak Jol” (“İşıqlı yol”) Demokratik Partiyası - 7,87%, “Aul” (“Kənd”) partiyası - 10,52%, sahibkarlar qrupunun yaratdığı “Respublika” partiyası 8,9% səs toplayıb.

Həmçinin ilk dəfə olaraq müxalifətdə olan “Milli Sosial Demokrat” Partiyası 5,31% səslə parlamentə daxil ola bilər. Qazaxıstanın Yaşıllar Partiyası “Baytak” 3,22% səs toplayaraq tələb olunan 5%-lik baryeri keçə bilmir. Sorğuda 30 min adam iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026