• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Pekində xəstəxanada yanğın: 21 nəfər həlak oldu

DÜNYA

18 Aprel 2023 | 21:11 | Müəllif: Subhan Mahmudov

Pekində xəstəxanada yanğın: 21 nəfər həlak oldu

Çinin paytaxtı Pekində xəstəxananın xəstələrin qəbulu bölməsində baş verən yanğında 21 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, günorta saatlarında Fingtay rayonundakı Pekin Çanfin xəstəxanasında yanğın baş verib.

Yanğın zamanı indiyədək ən azı 21 nəfər ölüb, 71 xəstə təxliyə edilib.

Əraziyə yanğınsöndürmə briqadaları, səhiyyə, təcili yardım və polis qrupları sövq edilib və yanğın nəzarət altına alınıb.

Tüstü içində xəstəxana binasının pəncərələrindən çarşaflarla asılan və binanın divarına qədər uzanan pilləkənlərə çıxmağa çalışan insanların görüntüləri sosial mediada yayılıb.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalar davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026