• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyanın oğlu zərərçəkmiş şəxs kimi tanındı

DÜNYA

18 May 2023 | 17:25

Paşinyanın oğlu zərərçəkmiş şəxs kimi tanındı

Ermənistan Baş nazirinin oğlu Aşot Paşinyan onun oğurlanmasına cəhd edilməsi işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan “Sputnik Armenia”ya bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. Hadisə ötən gün saat 15:00 radələrində qeydə alınıb. "Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə "Oğulların harayı" təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib. Təşkilat üzvləri qaçıb, onların axtarışı aparılır. Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.

Artıq Ermənistan İstintaq Komitəsi Nikol Paşinyanın oğlunun oğurlanmasına cəhdlə bağlı (adam oğurluğu maddəsi) cinayət işi açıb.

Paşinyanın oğlunun qaçırılmasında şübhəli bilinən erməni hərbçilərinin valideynləri saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026